Ötən gün törədilmiş 19 cinayətin üstü açılıb

Respublikanın daxili işlər orqanları ötən gün törədilmiş 19 cinayətin üstünü "isti izlər”lə açıblar.


Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildiriblər ki, əvvəlki dövrlərdən bağlı qalmış altı cinayətin açılması təmin olunub.


Axtarışda olduğuna görə ümumilikdə 31 nəfər, o cümlədən borclu şəxs qismində axtarılan səkkiz nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.


Respublikanın avtomobil yollarında baş vermiş bir ağır yol-nəqliyyat hadisəsi nəticəsində bir nəfər ölüb, iki nəfər xəsarət alıb.


Daxili işlər orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklə əlaqəli doqquz, qanunsuz saxlanılan silah-sursatla bağlı bir fakt müəyyənləşdirilib.


Cinayət törətməkdə şübhəli bilinən 29 nəfər saxlanılıb.