Dünya fond bazarlarında əsas indeks göstəriciləri yüksəlib

Dekabrın 16-da Amerika fond bazarında Dow Jones indeksi 0,36% – 28 235,89 bəndədək, Nasdaq 0,91% – 8 814,23 bəndədək, S&P 500 isə 0,71% – 3 191,45 bəndədək yüksəlib.

 Avropa fond bazarlarında dekabrın 16-da FTSE 100 indeksi 2,25% – 7 519,05 bəndədək, Almaniya DAX-ı isə 0,94% – 13 407,66 bəndədək, Fransa CAC-40 isə 1,23% – 5 991,66 bəndədək yüksəlib.

COMEX-də qızılın bir unsiyasının qiyməti 0,44% artaraq 1 477,6 dollara bərabər olub.

 
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 0,27% artaraq 1,115 dollar təşkil edib.