İngiltərə seçkiləri bitdi: Tramp və Conson hədəfləri açıqladı

ABŞ Prezidenti Donald Tramp İngiltərə Baş naziri Boris Consonu parlament seçkilərində qələbə qazandığına görə təbrik edib.

Seçkilərdən sonrakı telefon söhbətində iki liderin azad ticarət anlaşması üçün müzakirələrə başlamaq barədə razılaşma əldə etdiyi açıqlanıb.

Anlaşmaya görə, gələn ay Ağ Evin iqtisadi məsələlər üzrə müşaviri Larri Kadlou və ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşavirinin köməkçisi Mett Pottinger Londona gedərək, sözügedən planla bağlı müzakirələrə başlayacaq./teleqraf