Sabiq prezidentlə bağlı ŞOK QƏRAR - Edam olunacaq

Pakistanın sabiq prezidenti Pərviz Müşərrəf haqqında edam hökmü çıxarılıb.
TASS xəbər verir ki, qərar Pakistan Xüsusi Məhkəməsi tərəfindən qəbul edilib.
Qeyd edək ki, Pərviz Müşərrəf Pakistanın 12-ci prezidenti olub. O, 20 iyun 2001-ci ildən 18 avqust 2008-ci ilə qədər ölkəyə rəhbərlik edib. P.Müşərrəf 2008-ci ildə tutduğu vəzifədən istefa verib.
Keçmiş prezident konstitusiyanı pozmaqda, 2007-ci ildə fövqəladə vəziyyət rejimi tətbiq etməkdə təqsirləndirilir.