Trampın impiçmenti ilə bağlı səsvermənin tarixi açıqlandı

ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosi Prezident Donald Tramp barəsində impiçmentlə bağlı səsvermənin keçirilmə vaxtını açıqlayıb.

“RİA Novosti” xəbər verir ki, Pelosi impiçmentlə bağlı səsvermənin konstutitusiya tərəfindən onlara (demokratlara) verilmiş ən vacib səlahiyyətlərdən biri olduğunu qeyd edib.

 

Pelosi, həmçinin, ABŞ Prezidentinin impiçmenti ilə bağlı səsvermənin 18 dekabra təyin olunduğunu bildirib.

“Biz ABŞ Prezidentinin impiçmenti haqqında iki maddənin təsdiqlənməsinə səs verəcəyik”, - Pelosi vurğulayıb.