Tramp Senatda impiçment prosesinin dərhal başlanmasını istədi

ABŞ Konqresi Senatında impiçment çərçivəsində prosesin dərhal başlanmasını istəyirəm.

Gazeta.ru xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp “Twitter” hesabında yazıb.

“Demokratlar Nümayəndələr Palatasında məni zəruri proseslərlə, vəkil, şahid, heç nə ilə təmin etmədikdən sonra indi də öz prosesini necə aparmaqla bağlı Senata diktə etmək istəyirlər. Əslində onların sıfır sübutları var, onlar heç gözə də görünməyəcəklər. Onlar kənarda qalmaq istəyirlər. Mən prosesin dərhal başlanmasını istəyirəm”, - ABŞ lideri bildirib.