Makron Fransanın ən böyük səhvini səsləndirdi

Fransa prezidenti Emmanuel Makron hesab edir ki, müstəmləkəçilik Fransanın böyük səhvi idi.

Belə bir fikri Fransa lideri şənbə günü Kot-Divuarın Prezidenti Alasane Ouattara ilə birgə mətbuat konfrası zaman səsləndirib.

“Bu gün hələ də hesab edirlər ki, guya Fransa hegemonluq kateqoriyalarında sülh haqqında düşünməyinə baxmayaraq, hələ də müstəmləkəçiliyin tərəfdarıdır. Halbuki, bu, respublikanın ən böyük səhvi idi”, - deyə Makron bildirib.

Xatırladaq ki, Fransa Prezidenti Kot-Divuara cümə günü axşam rəsmi səfərlə yollanıb.