Türkiyə parlamenti Liviya ilə hərbi əməkdaşlığa dair qanun layihəsini təsdiqləyib

Türkiyə Böyük Millət Məclisi Liviya hökuməti ilə hərbi və təhlükəsizlik sahəsində əməkdaşlığa dair qanun layihəsini təsdiqləyib.

Qanun layihəsi 125 səsə qarşı 269 səslə qəbul olunub.


Qeyd edək ki, Türkiyə ilə Liviya arasında Aralıq dənizindəki su sərhədlərini müəyyən edən anlaşma imzalanıb. Aralıq dənizində su ərazisi olan digər dövlətlər buna etiraz etsələr də, Türkiyə və Liviya mövqelərində israrlıdır. Məsələnin digər tərəfi isə Aralıq dənizində karbohidrogen ehtiyatlarının axtarışı ilə bağlıdır. Türkiyə beynəlxalq hüquqa əsasən özünün milli sektoru hesab etdiyi ərazidə kəşfiyyat-axtarış işlərini davam etdirir.