NATO-Rusiya qarşıdurması güclənir - Admiraldan XƏBƏRDARLIQ

NATO kəşfiyyat təyyarələrinin Rusiya sərhədlərində həyata keçirdiyi uçuşların intensivliyi artıb.

Bunu Baltik Donanmasının komandiri, admiral Aleksandr Nosatov “Krasnaya Zvezda” qəzetinə müsahibəsində deyib.

O bildirib ki, Rusiyanın dəniz və quru sərhədləri boyunca müxtəlif siniflərə aid kəşfiyyat təyyarələrinin uçuşları çoxalıb.

 
Belə ki, onun sözlərinə görə, ötən il bu rəqəm 578 idisə, 2019-cu ildə 800-ə yüksəlib.

A.Nosatov qeyd edib ki, döyüş təyyarələrinin fəallığı isə iki dəfə artıb.

“Bu cür fəaliyyət Baltik Donanmasının dəniz pilotlarını gündə bir neçə dəfə uçmağa məcbur edir”, - deyən admiral əlavə edib ki, 2019-cu ildə NATO Rusiya sərhədləri yaxınlığında 300-ə yaxın hərbi təlim keçiriblər.

A.Nosatov onu da bildirib ki, NATO-nun istənilən hərbi fəaliyyəti Baltik Donanması tərəfindən izləniləcək.oxu.az