ABŞ “İncirlik”dən 2024-cü ilə qədər istifadə edə biləcək

Rəsmi Pentaqon Adana vilayətində yerləşən “İncirlik” aviabazasında tikinti işləri aparmaq məqsədilə bir neçə türk şirkəti ilə müqavilə imzalayıb.

“RİA Novosti” agentliyi məlumat verir ki, xəbər Pentaqonun saytında yerləşdirilib.

 
Müqavilənin məbləği 95 milyon dollardır. Tikinti işlərinin 2024-cü ilin sonuna qədər yekunlaşacağı gözlənilir.

Türkiyənin cənubunda yerləşən “İncirlik” aviabazasından ABŞ Hərbi Hava Qüvvələri istifadə edir.

Rəcəb Tayyib Ərdoğan dəfələrlə qeyd edib ki, Türkiyə rəsmi Vaşinqtonun sanksiyalarına cavab olaraq “İncirlik” və “Kürəcik” hərbi bazalarını ABŞ-ın üzünə bağlaya bilər.