Rəsədxana kosmik hava durumunu açıqladı

Azərbaycan Milli Elmlər Akademiyasının N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası dekabrın 26-dan 28-dək olan kosmik hava durumu və proqnozunu açıqlayıb.

Rəsədxanadan bildirilib ki, Günəş fəallığı çox aşağı səviyyədə olub.

Dekabrın 26-dan 28-dək Günəş fəallığı çox aşağı səviyyədə qalacaq. 2 MeV-dən çox enerjili elektron selinin proqnoz dövründə tac dəliyinin geoeffektivliyi hesabına nisbətən yüksələcəyi proqnozlaşdırılır. 10 MeV-dən çox enerjili proton selinin fon səviyyələrində davam etməsi gözlənilir.

 

Geomaqnit sahədə ümumən sakitlik davam edəcək. Maqnit qasırğasının yaranması ehtimalı dekabrın 26-da 5 faizdən, dekabrın 27-28-də isə 1 faizdən aşağı qiymətləndirilir.