Bakı-Quba-Rusiya yolu gələn ildən ödənişli olacaq

Bakı-Rusiya yolunun ödəniş məbləği xarici ölkələrdəki qiymətlərdən daha ucuz olacaq. Bunu Avtomobil Yolları Dövlət Agentliyinin Baş İdarə rəisinin müavini Hidayət Rüstəmov deyib. Onun sözlərinə görə, xaricdə ödənişli yollar əsasən özəl şirkətlər tərəfindən salındığından şirkət sərmayəsini qısa müddətdə götürməkdə maraqlı olur. Bakı-Rusiya yolu isə dövlət tərəfindən tikildiyi üçün ödənişin də daha ucuz olacağı gözlənir.

Yolun tam dəqiq ödəniş haqqı isə işlər tam yekunlaşdıqan sonra Tarif Şurası tərəfindən müəyyənləşdiriləcək. Yolboyu xüsusilə yük avtomobillərinin sürücülərinin istirahət edə bilmələri üçün məntəqələr tikiləcək, dayanacaqlar quraşdırılacaq. Həmçinin yolda yüksək sürət və təhlükəsizlik təmin olunacaq..

Bakı-Rusiya yolunun gələn ilin sonu, 2021-ci ilin birinci yarısınadək tam təhvil verilməsı nəzərdə tutulub.