BNA 5 marşrut xəttini müsabiqəyə çıxardı - ŞƏRTLƏR BURADA

11, 30, 40, 71 və 199 nömrəli müntəzəm marşrut xətləri üzrə elan edilən müsabiqənin şərtləri açıqlanıb.

Bakı Nəqliyyat Agentliyi xəbər verir ki, şərtlərlə agentliyin internet səhifəsində müsabiqələr bölməsində tanış olmaq mümkündür.

Müsabiqə "Avtomobil nəqliyyatı haqqında” qanuna, Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli qərarı ilə təsdiq edilmiş "Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi qaydasına” uyğun keçiriləcək. Müsabiqədə iştirak etmək istəyənlər 14 yanvar 2020-ci il saat 17:00-a qədər Agentliyə ərizə ilə mürciət etməlidirlər.