Bakıda əl əməyindən istifadə azaldılacaq - yeni texnika gətirildi 

Bakı şəhərində kiçik tutumlu zibil daşıyan avtomobillərlə hətta günün ən pik saatlarında da məişət konteynerlərini boşaltmaq mümkün olacaq. Bunun üçün paytaxta 7 ədəd kiçik tutumlu zibil maşını gətiriləcək ki, artıq onlardan 1-i və 4 ədəd iri tutumlu yeni zibil daşıyan avtomobil gətirilib. Mart ayına qədər almaniya istehsalı olan daha 25 texnikanın gətirilməsi planlaşdırlır.

Bakı şəhərinin mərkəzi hissələrində ki, zibillər gün ərzində bir neçə dəfə boşaldılacaq. Tullantıların daşınması üçün yeni gətiriləcək texnikalar buna imkan verəcək. Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən alınan Almaniya istehsalı belə texnikların artıq 5 i Bakıya gətirilib. Onlarından 1 -i 7 kubluq, 4 ü isə 22 kubluqdur.

Yeni avtomobillərin hər birinin arxa hissəsində kamera var ki, sürücü sükan arxasında da prosesi izləyə bilir. Eyni zamanda 7 kubluq avtomobilin ən böyük üstünlüyü o dur ki, yükünü böyük avtomobilə avtomatik qayda da boşalda bilir.

Qeyd edək ki, mart ayına kimi 7 ədədi kiçik tutumlu olmaq ümumilikdə daha 25 yeni texnikanın gətirilməsi gözlənilir. Bu texnikalar hələki Nərimanov rayonunda icra edilən məişət tullantılarının çeşidlənməsi layihəsində istifadə olunacaq.