Rusiya XİN-dən Süleymaninin qətli ilə bağlı RƏSMİ AÇIQLAMA

Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova Əl-Qüds xüsusi təyinatlı komandiri, general Qasım Süleymaninin qanuni əsas olmadan öldürülməsini yeni reallıq adlandırıb.

REN TV-nin xəbərinə görə, o qeyd edib ki, ABŞ zərbəsi nəticəsində BMT üzvü olan ölkənin məmurunun heç bir qanuni əsas olmadan məhv edilməsinin mümkünlüyü yeni bir reallıqdır.

 
“Qeyd etməliyəm ki, bu gün, şübhəsiz ki, biz yeni bir reallığın təzahürü ilə qarşılaşırıq.

Suveren bir dövlətin nümayəndəsi olan məmur heç bir qanuni əsaslarla əlaqələndirmədən məhv edilir”, - deyə o bildirib.