Süleymaninin öldürülməsinin yeni görüntüləri yayıldı - VİDEO

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) raket zərbələri zamanı həlak olan komandanı Qasım Süleymaninin ölüm anına aid olduğu iddia edilən yeni görüntülər yayılıb. 

İraq Dövlət Televiziyası tərəfindən yayımlanan görüntülərdə hava limanı yaxınlığındakı terminalda şiddətli partlamalar əks olunub.  

 
Pilotsuz uçuş aparatları tərəfindən göndərilən iki raketlə vurulan avtomobillər parça-parça edilmişdi.