Ərdoğan türk hərbçilərinin Liviyaya göndərilməsinə başlanıldığını açıqlayıb
Türk qoşunlarının Liviyaya göndərilməsi başlanıb.
Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “CNN Türk” telekanalına müsahibəsində bildirib.
Ərdoğan hərbçilərin tapşırıqlarına koordinasiya hərəkətlərinin daxil olduğunu qeyd edək deyib:
“Liviyada qanuni hökumətin təhlükəsizliyini təmin etmək üçün Türkiyənin hərbi qulluqçularının mütəmadi olaraq göndərilməsinə başlanılıb”.