Gözəl qadının əvəzinə müxalifətçi: Xorvatiyada yeni prezident seçildi

Xorvatiyanın Sosial Demokrat Partiyasının (SDP) sədri və ölkənin keçmiş baş naziri Zoran Milanoviç prezident seçkilərində qalib gəlib.

“İnterfaks” xəbər verir ki, bu barədə Xorvatiyanın Dövlət Seçki Komissiyası qeyri-rəsmi məlumat yayıb. 

 
Məlumata əsasən, siyasətçiyə seçicilərin 52,7 faizi səs verib. Ölkənin hazırkı prezidenti Kolinda Qrabar-Kitaroviç isə 43,7 faiz səs toplayıb. 

Xatırladaq ki, Kolinda Qrabar-Kitaroviç 2015-ci ilin fevralından Xorvatiyaya başçılıq edib.