Avstraliyada meşə yanğınları davam edir

Avstraliyada baş verən meşə yanğınları nəticəsində əmələ gələn qatı tüstü dumanı Cənubi Amerikanın sahillərinə çatıb.

Xarici KİV-lər xəbər verir ki, Çilinin mərkəz və cənub hissəsində səmanı qatı tüstü örtüyü bürüyüb. Tüstü qatının Argentinaya da keçdiyi bildirilir.

Yanğının söndürülməsinə gəmilər və təyyarələr cəlb edilib. Avstraliyanın cənub-şərq sahillərində genişmiqyaslı evakuasiya tədbirləri davam etdirilir.

Qeyd edək ki, Avstraliyada milyonlarla hektar meşə ərazisini bürüyən yanğın nəticəsində son aylarda 17 nəfər ölüb, minədək ev yarasız vəziyyətə düşüb.