ABŞ-ın İraqdakı hərbi bazalarına endirilən raketlər nəticəsində dəymiş zərər dəqiqləşdirilir

ABŞ-ın İraqdakı hərbi bazalarına endirilən raketlər nəticəsində dəymiş zərər dəqiqləşdirilir.

Bunu ABŞ Prezidenti Donal Tramp öz Tvitter səhifəsində yazıb. “Hər şey yolundadır, İraqdakı 2 hərbi bazaya raket atıldı, ölən və yaralıların olub-olmaması araşdırılır. Sabah ətraflı açıqlama verəcəyəm. Dünyanın ən güclü və təchizatlı ordusuna sahibik”, - deyə o qeyd edib.

Raket zərbələrindən sonra Ağ Evdə Milli Təhlükəsizlik Şurasının toplantısı keçirilib.

Qeyd edək ki, iranlı general Qasim Süleymaninin öldürülməsinə cavab olaraq İranın İslam İnqilabı Keşikçiləri Korpusu ABŞ-ın İraqın Ərbil şəhəri yaxınlığındakı bazasına və ölkənin qərbindəki Ayn əl-Əsəd hərbi-hava bazasına raket zərbələri endirib.