Badamdarda yenidən sürüşmə baş verdi, yol bağlandı

Bakının Səbail rayonunda yenidən sürüşmə hadisəsi baş verib.

Səbail Rayon İcra hakimiyyətindən verilən məlumata görə, sürüşmə rayonun Badamdar qəsəbəsi, Badamdar şosesində qeydə alınıb.

Hadisə nəticəsində Badamdar qəsəbəsindən 20-ci sahə istiqamətində olan yol bağlanıb.

 
Aidiyyəti qurum əməkdaşları hadisə yerindədirlər.//Trend