2019-cu ildə dünya üzrə hərbi xərclər 1,8 trilyon dolları ötüb

2019-cu ildə dünya ölkələri hərbi sahəyə ümumilikdə 1,8 trilyon dollardan çox vəsait sərf ediblər.


Bu barədə məlumat Jane's informasiya-analitika agentliyinin dərc etdiyi hesabatda yer alıb. "2019-cu ildə dünyanın müdafiə xərcləri 1,8 trilyon dolları ötüb. Bu, əsasən Avropa ölkələrində hərbi xərclərin artması ilə bağlıdır”, - deyə agentliyin ekspertləri bildiriblər. Müdafiə xərclərini ən çox artıran ölkə Bolqarıstandır - 125 faiz.


2019-cu ildə hərbi xərclərin həcminə görə ilk onluqda ABŞ (726 milyard dollar), Çin (217 milyard dollar), Səudiyyə Ərəbistanı (57 milyard dollar), Hindistan (57 milyard dollar), Böyük Britaniya (56 milyard dollar), Fransa (53 milyard dollar), Almaniya (48 milyard dollar), Rusiya (48 milyard dollar), Yaponiya (45 milyard dollar) və Cənubi Koreya (41 milyard dollar) qərarlaşıb.