Anjey Kaspşikin mandatı yenidən uzadılıb

ATƏT-in fəaliyyətdə olan sədrinin Dağlıq Qarabağ münaqişəsi üzrə xüsusi nümayəndəsi, polşalı diplomat Anjey Kaspşik yenidən ATƏT sədrinin şəxsi nümayəndəsi təyin olunub.

Bu barədə məlumat ATƏT-in rəsmi saytında yerləşdirilib.

Səfir Rudolf Miçalka da yenidən ATƏT-in fəaliyyətdə olan sədrinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi vəzifəsinə təsdiqlənib.

 
ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi elçisi vəzifəsinə isə Ditmir Buşati təyin edilib.

Bundan başqa, səfir Heidi Grau ATƏT-in fəaliyyətdə olan sədrinin Ukraynadakı və Üçtərəfli Əlaqə Qrupundakı xüsusi nümayəndəsi, səfir Tomas Mayr-Harting ATƏT-in fəaliyyətdə olan sədrinin Dnestryanı münaqişəsi üzrə xüsusi nümayəndəsi, polkovnik Sulo Mustafaraj ATƏT-in Yüksək Səviyyəli Planlaşdırma Qrupunun rəhbəri təyin olunub.

Bu il yanvarın 1-dən ATƏT-də sədrlik Slovakiyadan Albaniyaya keçib.

Qeyd edək ki, Anjey Kaspşik ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi vəzifəsini 1997-ci ilin yanvarından icra edir.