İkimərtəbəli yaşayış binasında baş vermiş yanğın nəticəsində üç nəfər tüstüdən boğularaq ölüb

Bakı şəhərinin Səbail rayonunda ikimərtəbəli yaşayış binasının birinci mərtəbəsində ümumi sahəsi 36 m² olan 1 otaqlı mənzildə 1 ədəd elektrik ötürücüsü və yataq dəsti qismən yanıb.

FHN-dən bildirilib ki, yanğının kəşfiyyatı zamanı tüstüdən boğulmuş 3 nəfərin (şəxsiyyətləri dəqiqləşdirilir) meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilib. Mənzil yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.