İrandan dünyanı ŞOKA SALAN AÇIQLAMA - Hədəf amerikalı hərbçilər olmayıb

İranın İslam İnqilabı Keşikçiləri Korpusu ABŞ-ın İraqda yerləşən hərbi bazalarına təşkil olunan hücum barədə yeni bəyanat yayıb.

"Euronews” xəbər verir ki, İslam İnqilabı Keşikçiləri Korpusu komandanlarından Hacızadənin açıqlamasına görə, raket zərbələrinin hədəfində amerikalı hərbçilər olmayıb:

" Hücumlar ABŞ əsgərlərlərini öldürməyə deyil, hərbi avadanlıqlara zərər verməyə yönəlik idi”.

Hacızadənin sözlərinə görə, ABŞ hərbçiləri bölgədən çəkiləndən sonra iranlı generalın qisası alınmış olacaq. Qeyd edək ki, bundan əvvəl İran tərəfi hücum zamanı 80 amerikalı hərbçinin həlak olduğunu açıqlamışdı. Hücum zamanı ABŞ-a məxsus iki hərbi bazanın vurulduğu irəli sürülüb. ABŞ prezidenti Donald Tramp isə Tehranın iddialarını təkzib edərək, hücum nəticəsində tələfatın olmadığnı bəyan edib.