"Qalatasaray" 23 yaşlı futbolçunu TRANSFER ETDİ

"Qalatasaray" yeni transferini açıqlayıb.

 

İstanbul klubu "Əskişəhərspor"un sağ cinah oyunçusu Jesse Sekidikanı heyətinə cəlb edib. 23 yaşlı futbolçu ilə 2024-cü ilin yayına kimi müqavilə imzalanıb. Nigeriyalı futbolçu bu mövsümün sonuna qədər 125 min avro maaş alacaq. Növbəti mövsümdən isə onun illik qazancı 250 min avro olacaq.

 

O, "sarı-qırmızılar"da 28 nömrəli forma altında çıxış edəcək.

 

Sekidika ötən ilin qışında Antalya toplanışı zamanı "Neftçi"də baxışda olsa da, Roberto Bordinin rəhbərlik etdiyi məşqçilər korpusu onun hazırlığından narazı qaldığı üçün komandaya götürməmişdi.