İranda səhvən vurulan təyyarə ilə bağlı işçi qrupu yaradılıb

8 yanvarda İranın Tehran vilayәtinin Parand şәhәri yaxınlığında Ukraynaya mәxsus sәrnişin tәyyarәsinin qәzaya uğraması ilә әlaqәdar İran hökümәti işçi qrupu tәşkil edib.

Bu haqda qәrar bu gün Nazirlәr Kabinetinin iclasında verilib. Yerveinsan.az bildirir ki, bu barәdә Trend İran hökümәtinin portalına istinadәn mәlumat verib.

Qәrara әsasәn, qrupun rәhbәri İranın yol vә şәhәrsalma naziri, üzvlәri isə müdafiә naziri, әdliyyә naziri, xarici işlәr naziri, prezidentin hüquq mәsәlәlәri üzrә müavini, Şәhid vә Fәdakarların mәsәlәlәri üzrә fondun direktoru vә hökümәtin sözçüsüdür.

İran hökumәti bildirir ki, baş verәn hadisәnin gec işıqlandırılması tәәssüf doğurur vә bu, rәsmilәrә vә İran xalqının diqqәtinә çatdırılmalı idi.

Qeyd edək ki, 8 yanvarda İranın Tehran vilayətinin Parand şəhəri yaxınlığında Ukraynaya məxsus təyyarə qəzaya uğrayıb. Qəza nəticəsində 176 nəfər həlak olub. İranın Silahlı Qüvvələri Baş Qərargahı bu gün (11 yanvar) səhər bəyanat verərək bu təyyarənin İranın Havadan Müdafiə Sistemi tərəfindən səhvən vurulduğunu bildirib.