“Sülh çeşməsi” antiterror əməliyyatlarının aparıldığı bölgədə üç türk əsgəri həlak olub

Suriyanın şimalında, “Sülh çeşməsi” antiterror əməliyyatlarının aparıldığı bölgədə Türk Silahlı Qüvvələrinin üç əsgəri həlak olub.

Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb. Məlumata görə, hadisə nəqliyyat vasitələrinin yoxlanılması zamanı içində partlayıcı maddənin olduğu maşının terrorçular tərəfindən partladılması nəticəsində baş verib.