Azərbaycan ərazilərinin səhralaşmasında iqlim amilinə dair tədqiqatlar aparılıb


AMEA-nın akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunda “Azərbaycanın arid və semiarid ərazilərinin səhralaşmasında iqlim amili” mövzusu üzrə araşdırmalar aparılıb.

Alimlər iqlim dəyişmələrini tədqiq edərkən Azərbaycanın müxtəlif regionlarında havanın orta illik temperaturlarının və illik yağıntıların məlumatlarından istifadə ediblər. Müəyyən olunub ki, bütün ölkə ərazisində olduğu kimi arid və semiarid zonalarda Bakıda +0,8, Gəncədə +1,4, Ağstafada +1,4 və Naxçıvanda +0,8 dərəcə artıb. Atmosfer yağıntılarının orta illik miqdarının dəyişməsi müxtəlif istiqamətli olub.

Müşahidə dövrü ərzində illik atmosfer yağıntıları Ağstafada 88 mm (25 faiz), Naxçıvanda 7 mm (4 faiz) azalıb, Gəncədə isə 8 mm (3 faiz) artıb.