Antarktidada nəhəng “sualtı körpü” aşkar edilib


“Google”un xəritələrini araşdıran virtual tədqiqatçılar Atlantik okeanın dərinliklərində körpüyə bənzər qeyri-adi sualtı struktur aşkar ediblər. Uzunluğu 38 kilometr olan sirli obyektin koordinatları 43°47’18.02″S 1° 9’6.08″W təşkil edir.

Tədqiqatçılar bildirirlər ki, körpü ilə yanaşı, onun ətrafındakı geniş ərazi də marağa səbəb olur. Onların fikrincə, bu ərazidə bir çox anomaliya gizlənir.

Qeyri-adi ərazidə süni mənşəli olduğu ehtimal edilən ziqzaqşəkilli strukturlar nəzərə çarpır. Bu strukturların qədim sivilizasiya zamanından saxlanıldığı, sonradan isə hansısa səbəbdən okeanın dibində qaldığı güman olunur.

poisknews.ru saytının məlumatına görə, “körpüdən” başqa, mütəxəssislər “bazaya” giriş hesab etdikləri “dəlik” aşkar ediblər.

“Tikilinin ətrafında və altındakı ərazilər bir qədər müəmmalı görünür. Ehtimal olunur ki, orada hər hansı bir giriş yerləşdirilib”, – tədqiqatçılar əlavə ediblər.

“Bazanın” bütün xətləri eynidir. Bu isə obyektin təbii hadisə nəticəsində yaranmadığını göstərir. Sirli tikili ilə bağlı fərziyələrdən biri odur ki, “körpü” ilə birləşdirilmiş yollar sualtı “bazaya” aparır.