Ölənlər sayı 3 min 231 nəfərə çatıb
                        Çində yeni tip koronavirusa (COVID-2019) yoluxanların sayı 81 min 117, bu virus səbəbindən ölənlər sayı isə 3 min 231 nəfərə çatıb.
Çin Dövlət Səhiyyə Komitəsi xəbər verir ki, ötən sutka ərzində 21 yoluxma və 13 ölüm faktı qeydə alınıb. Ölüm hallarının 12-si virusun episentri olan Xubey vilayətində baş verib.
Çin həkimləri indiyədək 68 min 679 nəfəri sağalda biliblər. Hazırda Çin üzrə 2 min 830 xəstənin vəziyyəti kritikdir.
Çindən başqa, 160 ölkədə 86 mindən çox yoluxma, 3388 ölüm faktı qeydə alınıb.
			
					
                                
                                
                                    
                                    
                                    
                                    
                                    
                                    
                                    
                                    
                                    
                                    
                                    
                                    
                                    
                                    
                                    
                                    
                                    
                                    
                                    
                                    
                                    
                                    
                                    
                                    
                                    
                                    
                                    
                                    
                                    
                                    
                                    
                                    
                                    
                                    
                                    
                                    
                    
                    
                    
                
                
                
                
                
                
                
                
                
                
                
                
                
                
                
                
                
                
                
                
                
                
                
                
                
                
                
