ABŞ-da koronavirus qurbanlarının sayı 9 mini ötüb

ABŞ-da koronavirusdan ölənlərin sayı 9267 nəfər olub.

Strategiya.az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Cons Hopkins Universitetinin son hesabatında qeyd edilib.

 
Bildirilib ki, koronavirus infeksiyasına yoluxanların sayı ümumilkdə 325 minə çatıb. Onlardan 16 min 800 nəfəri sağalıb.