Dağlıq Qarabağda erməni hərbçisi yaralanıb

Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ bölgəsində erməni hərbçisi yaralanıb.

Bu barədə "Sputnik Armeniya” xəbər yayıb.

Hadisənin aprelin 5-isaat 17:30-da baş verdiyi bildirilir.

Qeyd edilir ki, 20 yaşlı Araik Şahpazyan güllə yarası alaraq xəstəxanaya yerləşdirilib.

Hadisənin təfərrüatları araşdırılır.