Tramp Putinlə keçirdiyi "uzun və yaxşı" söhbətdən razı qalıb

ABŞ prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinlə telefon danışığı keçirib.

Tramp Putinlə keçirdiyi telefon danışığından razı qalıb. Bu barədə o, "Tvitter" sosial şəbəkəsində yazıb.

"Rusiya prezidenti Putinlə çox uzun və yaxşı söhbət apardıq. Hər zaman dediyim ki, - Rusiya, Çin və digərləri ilə dostluq etmək çox yaxşıdır, pis deyil", - deyə Tramp bildirib.

 
Digər paylaşımında Tramp Rusiya prezidenti ilə keçirdiyi danışığı "məhsuldar" adlandırıb.trend