Yaponiyada koronavirusa yoluxanların sayı 11 mini ötüb

Yaponiyada aprelin 18-də axşam saatlarına olan son məlumatlara görə, COVID-19 koronavirusuna yoluxanların sayı 11023 nəfər təşkil edib.

Bu barədə Yaponiya Səhiyyə, Əmək və Sosial Təminat Nazirliyi və yerli administrasiyalar məlumat yayıblar.

Bildirilir ki, şənbə günü ümumilikdə 462 nəfər koronavirusa yoluxan aşkar edilib. Onlardan da 18-i Tokioda yaşayır.

Bundan əlavə, indiyədək 235 nəfərin öldüyü də qeyd edilib. Xəstəxanalardan sağalaraq evə buraxılanların sayı isə 1657 nəfər olub.