ABŞ-da ötən sutka ərzində koronavirusdan 1,4 mindən artıq insan ölüb

ABŞ-da ötən sutka ərzində yeni növ koronavirusdan 1433 nəfər dünyasını dəyişib.

 "REN TV"nin verdiyi məlumata görə, bunu federal və yerli hakimiyyət orqanlarının məlumatları əsasında hesablamalar aparan Con Hopkins Universiteti bildirib.

Məlumata əsasən, ötən sutka həmçinin 25 249 yeni yoluxma halı qeydə alınıb.

 
Bildirilir ki, ölkədə koronavirusa yoluxanların ümumi sayı 784 minə yaxındır, koronavirusdan ölənlərin sayı 42 mini ötüb, təxminən 72 min nəfər sağalıb.