Qazaxıstanda COVID- 19-a yoluxanların və ölənlər artır

Qazaxıstanda koronavirusa 2334 yoluxma halı təsdiqlənib. Son sutka ərzində COVID-19-a yoluxmuş 45 yeni hadisə qeydə alınıb.

 Qazaxıstanda koronavirusdan bu gün daha 4 nəfər dünyasını dəyişib. Ümumilikdə ölənlərin sayı 24-ə çatıb. Nur-Sultanda COVID-19-a yoluxmuş 93 yaşlı xəstə müalicə olunub. Qazaxıstanda koronavirusdan sağalanların sayı 568-ə çatıb.

Prezident Kasım-Jomart Tokayev koronavirusun pandemiyası ilə əlaqədar fövqəladə vəziyyət şəraitində iki həftə ərzində tikilmiş paytaxtın modul infeksion xəstəxanasını ziyarət edib.

Xatırladaq ki, Çindən Qazaxıstana yardım üçün gələn həkimlərin 15 günlük missiyası başa çatıb.

İlahə Əhmədova