Samuxda 4,3 bal gücündə zəlzələ olub

Mayın 4-ü yerli vaxtla saat 00:03-də Gəncə stansiyasından 45 km şimalda Samux ərazisində zəlzələ qeydə alınıb.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən (RSXM) bildiriblər ki, yeraltı təkanların maqnitudası 4,3 bal olub.

 
Zəlzələnin ocağı 10 kilometr dərinlikdə yerləşib. Zəlzələ episentrdə 3 bala qədər hiss olunub.