Braziliyada koronavirusdan ölənlərin sayı 10 min nəfəri ötüb

Braziliyada koronavirusdan ölənlərin sayı 10 min nəfəri ötüb, sutka ərzində 730 insan həyatını itirib, ölkədə üç günlük matəm elan edilib.

Braziliya Səhiyyə Nazirliyinin məlumatına əsasən, ölkədə koronavirusa 156 minə yaxın yoluxma halı qeydə alınıb, son sutkada 10 min 611 yeni yoluxma aşkarlanıb. Ölənlərin ümumi sayı 10 min 627 nəfərə çatıb. Həmçinin 61 min 685 nəfər sağalıb ki, bu da xəstələnənlərin təxminən 40 faizinə bərabərdir. Həkimlər 1880 şübhəli ölüm faktının səbəblərini araşdırırlar.

Şənbə günü Braziliya Milli Konqresinin hər iki palatasının spikeri birgə bəyanat yayaraq insanların pandemiyadan kütləvi ölümü ilə bağlı başsağlığı verib, ölkədə üç günlük rəsmi matəm elan ediblər.