Bakıda metronun fəaliyyəti 2 saat dayandı

Bu gün səhər saatlarında metro 2 saat bağlı qalıb.

Bu barədə  "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

 
O bildirib ki, metropolitendə gecə işlərini başa vurduqdan sonra xətti tərk edən sonuncu təsərrüfat qatarında texniki nasazlıq yaranıb: "Nasazlıq aradan qaldırıldıqdan sonra Bakı metropoliteninin xətləri təlimat tələblərinə uyğun olaraq təkrarən yoxlanıldıqdan sonra elektrik qatarları xəttə buraxılıb və stansiyalar 08:00-dan sərnişinlərin girişinə açılıb".