Fransada yeni növ koronavirusdan daha 263 nəfər ölüb

Fransada ötən sutka ərzində yeni növ koronavirusdan daha 263 nəfər dünyasını dəyişib.

 "İnterfaks"ın verdiyi məlumata görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, Fransada koronavirusdan ölənlərin ümumi sayı 26 643 nəfərə çatıb.

 
Bildirilir ki, ölkədə koronavirusa yoluxanların ümumi sayı 139 519 nəfər təşkil edir, ötən sutka 456 yoluxma halı qeydə alınıb.

Qeyd edilir ki, koronavirusa yoluxanlardan 56 724 nəfəri sağalıb.