SON DƏQİQƏ: DTX və Baş Prokurorluq Dövlət Sərhəd Xidmətində əməliyyat keçirib

Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluq Dövlət Sərhəd Xidmətində əməliyyat keçirir.

Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluqdan  verilən birgə məlumata görə, həyata keçirilmiş birgə əməliyyat-istintaq tədbirləri nəticəsində Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin vəzifəli şəxslərinin qanunazidd əməllərinin qarşısı alınıb.

Hazırda araşdırmalar davam etdirilir.

İctimaiyyətə əlavə məlumat veriləcək.