Zaqatala hərbi prokuroru vəzifəsindən azad edildi

Zaqatala rayon hərbi prokuroru vəzifəsindən azad olunub.

Bu barədə Baş prokuror Kamran Əliyev müvafiq əmr imzalayıb.

Baş prokurorun əmri ilə Zaqatala rayon hərbi prokuroru Mustafa Əsgərov tutduğu vəzifədən azad edilib.

 
Zaqatala hərbi prokuroru vəzifəsi müvəqqəti olaraq hərbi prokurorun müavini Surxay Hüseynova həvalə olunub.