Baydenin 1915-ci il hadisələri ilə bağlı çıxışının hüquqi əsası yoxdur - ABŞ-ın Ermənistandakı səfiri

ABŞ prezidenti Co Baydenin 1915-ci il Osmanlı hadisələri ilə bağlı səsləndirdiyi fikirlərin hüquqi əsası yoxdur.

Erməni KİV-inin məlumatına görə, bunu ABŞ-ın Ermənistandakı səfiri Linn Treysi deyib.

Xatırladaq ki, C.Bayden 1915-ci il Osmanlı hadisələri ilə bağlı çıxışı zamanı "soyqırım" sözündən istifadə edib.//Trend