Neft Fondu apreldəki valyuta hərraclarında 509,9 milyon dollar satıb

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) tərəfindən aprel ayı ərzində valyuta hərraclarında 509,9 milyon ABŞ dolları məbləğində vəsait satılıb.

Bu barədə ARDNF-in İctimaiyyətlə əlaqələr departamentindən bildirilib.

Xatırladaq ki, Neft Fondu mart ayındakı valyuta hərraclarında 397,7 milyon dollar satmışdı.

ARDNF tərəfindən keçən il ərzində isə valyuta hərraclarında 7 milyard 303,64 milyon dollar vəsait satılıb.