Azərbaycan təmsilçisi “Avroviziya -2021” mahnı müsabiqəsinin finalına yüksəlib

Niderlandın Rotterdam şəhərində “Avroviziya -2021” mahnı müsabiqəsinin birinci yarımfinalında səsvermə keçirilib.

Səsvermənin nəticələrinə əsasən müsabiqədə ölkəmizi təmsil edən Samirə Əfəndi finala vəsiqə qazanıb.

Final mərhələsində həmçinin, Norveç, İsrail, Rusiya, Malta, Litva, Kipr, İsveç, Belçika və Ukraynanın da iştirakçısı çıxış edəcək.

Müsabiqədə səhnəyə 14-cü çıxan Samirə Əfəndi birinci yarımfinal mərhələsində “Mata Hari” mahnısını ifa edib.

Qeyd edək ki, müsabiqənin ikinci yarımfinalı mayın 20-də, final yarışması isə mayın 22-də keçiriləcək.