Birinci vitse-prezident Mehriban Əliyeva: Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu, Zati-müqəddəsləri Aleksandr səmimi, mehriban, genişürəkli insan idi

Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi "İnstaqram" səhifəsində Rus Pravoslav Kilsəsinin BakıAzərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr İşeinin vəfat etməsilə bağlı paylaşım edib.

Paylaşımda deyilir:

"BakıAzərbaycan Yeparxiyasının arxiyepiskopu, Zati-müqəddəsləri Aleksandr səmimi, mehriban, genişürəkli insan idi. Peşəsinə hədsiz sədaqəti, multikultural dəyərlərin inkişafında və konfessiyalar və sivilizasiyalar arasında dialoqun genişləndirilməsi sahəsindəki xidmətləri ona Azərbaycanda böyük sevgi və hörmət qazandırmışdır. Onun nurlu xatirəsi hər birimizin qəlbində əbədi yaşayacaqdır. Bu hüznlü gündə Uca Tanrıdan ona rəhmət, doğmalarına və yaxınlarına səbir diləyirəm!"