"Suqovuşan" elektrik stansiyası iki yaşayış məntəqəsini enerji ilə təchiz edəcək

İşğaldan azad edilən "Suqovuşan" su elektrik stansiyası istismar edilir.

Bunu "Mingəçevir" su elektrik stansiyasının direktoru Oqtay Pirverdiyev deyib.

O bildirib ki, "Suqovuşan" su elektrik stansiyası 3 aqreqatdan ibarətdir:

"Bu ilin yanvar ayından etibarən stansiyada sazlanma işləri başlanıb və iyunun əvvəlindən "Suqovuşan - 1" və " Suqovuşan - 2" stansiyaları istismara verilib . Həmin vaxtdan "Suqovuşan 1" stansiyası 600 min kilovatsaata qədər enerji istehsal edib və "Azərenerji'>Azərenerji" sisteminə ötürüb. Hazırda stansiya suvarmanın kəskin dövrü olduğu üçün işləmir, su kənd təsərrüfatı sahələrinə yönəldilir. Bu stansiyalar həm Suqovuşan qəsəbəsi və Talış kəndinin enerji təchizatını ödəyəcək, həm də artıq enerji 110 kilovoltluq Tərtər yarımstansiyasına əlaqələndiriləcək".