Bakı Limanında konteyner və yükaşırma həcmləri artıb

Cari ilin yanvar-iyun aylarında Bakı Limanında yükaşırma göstəricilərində artım qeydə alınıb.

“Azərbaycan Dəmir Yolları” QSC-dən (ADY)  bildirilib ki, hesabat dövründə limanda 61 min TEU-yə yaxın konteyner aşırılıb. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə təxminən 15 faiz çoxdur.

Eyni zamanda, cari ilin ilk altı ayında Bakı Limanında ümumilikdə 4 milyon tondan çox yük aşırılıb. Bu isə 2025-ci ilin eyni dövrü ilə müqayisədə 4 faizdən çox artım deməkdir.

Əldə olunan nəticələr Bakı Limanının regionun mühüm nəqliyyat-logistika qovşağı kimi rolunun gücləndiyini və tranzit yükdaşımalarının dinamik inkişaf etdiyini göstərir.