Sabah çimərliklərdə gözlənilən hava şəraiti açıqlanıb

İyulun 9-da Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata əsasən, iyulun 9-da mülayim şimal-qərb küləyi əsəcək.

Dəniz suyunun temperaturu:

 Şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 23-24,

Cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) 24-25 dərəcə isti olacaq.